Ölkədən qaçan rektorla bağlı  nazirlikdən açıqlama

Ölkədən qaçan rektorla bağlı nazirlikdən açıqlama

Hazırda oxunan: Ölkədən qaçan rektorla bağlı nazirlikdən açıqlama

87909
Maliyyə Nazirliyi Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində aşkar olunan nöqsanların ciddiliyini nəzərə alaraq yoxlama materiallarını hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib.

Nazirlikdən Moderator.az-a verilən məlumata görə, bir müddət əvvəl Maliyyə Nazirliyi Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində yoxlamalar aparıb. Yoxlamalar nəticəsində ciddi maliyyə pozuntuları aşkar olunub. 

Nazirlik yoxalamalar nəticəsində normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsini dayandırıb. 

Qeyd edək ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib.

Mənimsəmə faktında adı olan Akif Süleymanovun harda olduğunu isə universitetdə bilən yoxdur. Onun son olaraq Bakıda müalicə aldığı deyilib. Lakin hələ də tapılmır. İlkin məlumatlara görə, o ölkəni tərk edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO