Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac yaranıb

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac yaranıb

Hazırda oxunan: Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac yaranıb

73050
Uzunluğu 1 km-dən çox olan tıxacda sürücülər 7 saat gözləyirlər.

Bayram günlərində Azərbaycan vətəndaşlarının xarici ölkələrə üz tutması artıq adət halını alıb. Xüsusilə də Qərb bölgəsinin sakinlərinin yaxın olduğu üçün qonşu Gürcüstana üz tutması sərhəd-keçid məntəqəsində sıxlığın yaranmasına səbəb olur.

Moderator.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bayram günləri Gürcüstanla sərhəddə avtomobillərin ucu-bucağı görünməyən tıxacı yaranıb. Qonşu ölkəyə keçmək üçün saatlarla, hətta günlərlə gözləyənlər var.

Sərhəd buraxılış məntəqəsində daha çox iritonnajlı yük maşınları, Gürcüstana, Türkiyəyə hərəkət edən avtomobillər diqqət çəkir. Öz şəxsi avtomobilləri ilə sərhədi keçməyə çalışan sürücülər də az deyil. Onlar uzunluğu 1 km-dən də çox olan tıxacda 6-7 saat gözləmək məcburiyyətində qalırlar.

Qazaxın II Şıxlı kəndi boyunca irəlilədikcə rahat şəkildə görünən tıxacın səbəbini "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsindən gediş-gəlişin çoxluğu ilə əlaqələndiriblər.

Yağışlı havada gözləməyin çətin olduğunu deyən sürücülər iritonnajlı avtomobillərin minik maşınları ilə birgə nəzarətdən keçməsinin tıxaca səbəb olduğunu bildirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO