Əli Məsimli: “Layihənin reallaşdırılması Azərbaycanın beynəlxalq energetika bazarında önəmini daha da artıracaq”x9d
“Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin (TANAP) təməlinin qoyulması həm Avropa, həm Azərbaycan,həm də Türkiyə üçün çox önəmli hadisədir. TANAP həm geosiyasi, həm geoiqtisadi, həm kommersiya effektli, həm də sosial baxımdan çox vacib layihədir”x9d.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli bunu “Müsavat.com”x9d-a 17 martda Türkiyənin Qars şəhərində prezidentlərin iştirakı ilə təməlqoyma mərasimi keçirilən TANAP-ın önəmini şərh edərkən söylədi. Onun sözlərinə görə, bu layihənin reallaşdırılması Azərbaycanın Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyi məsələsinin həllində önəmini daha da artırır: “TANAP layihələrinin reallaşdırılması Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığını yeni keyfiyyət mərhələsinə daşıyır. TANAP bir tərəfdən Avropanın enerji təchizatı sisteminin şaxələndirilməsi, onun bir mənbədən asılılığının azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən isə Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsinə ciddi təkan baxımından da mühüm hesab edilir. Həmin layihənin reallaşdırılması Azərbaycanın beynəlxalq energetika bazarında önəmini daha da artıracaq. Azərbaycanın Avropaya inteqrasiyasının yeni mərhələsinə keçməsinə şans yaradacaq. Azərbaycanda neft gəlirlərinin azalmağa başladığı bir vaxtda TANAP-ın əhəmiyyəti həm də ondadır ki, bir neçə ildən sonra bu layihənin reallaşması neft gəlirlərinin yerinin tam doldura bilməsə də, ölkəmizin valyuta ehtiyatlarının artmasında mühüm mənbə olacaq”x9d.

Ə.Məsimlinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında yaranmış qarşıdurma və bundan doğan böhrandan sonra TANAP-ın əhəmiyyəti daha da artmaqdadır: “TANAP-ın reallaşdırılması Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması yaşadığımız regionda Azərbaycan-Türkiyə-Gürcüstan üçbucağının daha da möhkəmlənməsinə, strateji tərəfdaşlığın yeni keyfiyyət səviyyəsinə qalxmasına və regiondakı proseslərə təsir gücünün artmasına əlavə impuls verəcək. TANAP-ın, ümumiyyətlə isə Cənub Qaz Dəhlizinin ərsəyə gətirilməsi prosesi dəhliz boyu bütün ölkələrdə on minlərlə iş yerinin açılması deməkdir. “Əsrin Müqaviləsi”x9d və Bakı-Tiflis Ceyhan strateji neft kəmərinin timsalında Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının birinci mərhələsində olduğu kimi, “Şahdəniz”x9d yatağının işlənilməsinin yeni fazası və TANAP timsalında yeni mərhələ də Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyini yeni töhfələrlə bu qurumun ən önəmli və ən etibarlı enerji tərəfdaşlarından biri kimi özünü bir daha təsdiq edəcək və mövqelərini möhkəmləndirəcəkdir. Perspektivdə TANAP həm Azərbaycan yataqlarından hasil ediləcək yeni faza qazını, həm də Mərkəzi Asiyada hasil ediləcək qaz həcmlərini tranzit yolu ilə “Cənub qaz dəhlizi”x9dnə ötürmək, Avropaya daşımaq potensialına malik ola bilər”x9d.(musavat.com)



































































































