Dünyanın ən böyük striminq platforması olan "Netflix" Rusiyanın məşhur "Maşa və Ayı" cizgi filminin iki yeni mövsümünün nümayiş hüquqlarını əldə edib. Şirkət, həmçinin əvvəlki mövsümlərin və spin-offların ABŞ, Kanada, Avropa, Asiya və Latın Amerikası daxil olmaqla 100-dən çox ölkədə yayım lisenziyasını uzadıb.
Bizim.Media xəbər verir ki, bu addım Ukrayna tərəfindən birmənalı qarşılanmayıb və cizgi filminin təbliğat xarakteri daşıdığı iddia edilib.
Ukrayna: "Bu, uşaqlar arasında militarist narrativləri təbliğ edir"
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi daha əvvəl yaydığı bəyanatda "Maşa və Ayı" cizgi filmini Rusiyanın "yumşaq güc" (soft power) aləti adlandırıb.
Qurumun ekspertlərinin fikrincə, bu ekran işi azyaşlılar arasında Rusiya Federasiyasının müsbət imicini formalaşdırır, Sovet simvollarını adiləşdirir və uşaq psixologiyasında militarist (hərbi) mesajları irəli sürür.
Müharibəyə rəğmən milyonlarla baxış və gəlir
Genişmiqyaslı müharibənin davam etməsinə baxmayaraq, cizgi filmi hələ də qlobal miqyasda və Ukraynanın daxilində populyarlığını qoruyub saxlayır. Ukraynalı tədqiqatçıların hesabatına görə, təkcə sözügedən cizgi filminin "YouTube"dakı Ukrayna dilli kanalı 2025-ci il ərzində 800 milyondan çox baxış sayı toplayıb.
Ekspertlər qeyd edirlər ki, bu baxışlar və beynəlxalq lisenziya müqavilələri Rusiyadakı hüquq sahiblərinə milyonlarla dollar gəlir qazandırmaqda davam edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:49 / 24.06.2026
"Netflix" "Maşa və Ayı" cizgi filminin yeni mövsümlərini satın aldı
Hazırda oxunan: "Netflix" "Maşa və Ayı" cizgi filminin yeni mövsümlərini satın aldı
Hazırda oxunan: "Netflix" "Maşa və Ayı" cizgi filminin yeni mövsümlərini satın aldı
621190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































