“Neftçi”dən növbəti TRANSFER

“Neftçi”dən növbəti TRANSFER

Hazırda oxunan: “Neftçi”dən növbəti TRANSFER

621220

“Neftçi” daha bir futbolçunun keçidini həll edib.

Bizim.Media xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilib ki, yenicə “Apollon”dan ayrılan Pedro Markes “ağ-qaralar”la müqavilənin şərtlərini razılaşdırıb.
 

Paytaxt təmsilçisi uzun müddətdir ki, portuqaliyalı hücumçu ilə danışıq aparır. Sadəcə, 28 yaşlı forvardın yüksək məvacib tələbi səbəbindən keçid baş tutmurdu. Yazılan xəbərdə tərəflərin artıq ortaq məxrəcə gəldiyi və Pedronun “Neftçi” forması geyinməyə razılıq verdiyi vurğulanıb.


Qeyd edək ki, ölkəsində “Eştoril”in yetirməsi olan Pedro Markes karyerası ərzində Niderland və Kiprdə legioner həyatı yaşayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO