Macarıstanın Xarici İşlər naziri Bakıya gəlir

Macarıstanın Xarici İşlər naziri Bakıya gəlir

Hazırda oxunan: Macarıstanın Xarici İşlər naziri Bakıya gəlir

58695
Moderator.az AzərTaca istinadən xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Trend-ə bildirib ki, nazirin səfəri noyabrın 3-4-nə nəzərdə tutulub.

Səfərin proqramı diplomatik kanallar üzrə dəqiqləşdirilir. P.Siyartonun Bakıda iki ölkə arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Səfir daha əvvəl qeyd etmişdi ki, ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün nəhəng potensial mövcuddur: "Macarıstan şirkətləri Azərbaycan bazarına Avropa İttifaqının məlum sanksiyaları fonunda Rusiya bazarına alternativ kimi baxırlar. Firmalarımız Macarıstanın yüksək keyfiyyətli ərzaq məhsulları, xüsusilə, ölkənizdə böyük marağın olduğu pendir və kolbasa məmulatları, konserv məhsulları ilə Azərbaycan bazarına çıxmağa hazırdırlar".

Macar diplomat deyib ki, hər iki ölkənin hökumətləri hazırda mövcud potensiala heç də tam uyğun gəlməyən ikitərəfli əmtəə dövriyyəsinin artırılmasında maraqlı olduqlarını dəfələrlə ifadə ediblər: "İstifadə edilməsi zəruri olan yaxşı potensial mövcuddur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO