“Siyasi partiyalar haqqında qanun”a edilən dəyişikliklər mürtəce xarakterlidir”

“Siyasi partiyalar haqqında qanun”a edilən dəyişikliklər mürtəce xarakterlidir”

Hazırda oxunan: “Siyasi partiyalar haqqında qanun”a edilən dəyişikliklər mürtəce xarakterlidir”

56823

ADP sədrinin müavini Taliyət Əliyev Moderator.az-a açıqlamasında “Siyasi partiyalar haqqında qanun”a edilən son dəyişiklikləri şərh edib:

“Azərbaycan hakimiyyətinin son illərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına düzəlişləri hamısı mürtəce xarakter daşıyır və vətəndaş cəmiyyəti institutlarının zəiflədilməsinə xidmət edir. “Siyasi partiyalar haqqında qanun”a edilən son dəyişikliklər də bu qəbildəndir. Ümumiyyətlə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı qəbul edilən hüquqi norma ədalətli norma deyil və beynəlxalq standartlara cavab vermir. Dövlət tərəfindən partiyaların maliyyələşməsi kriteriyası yalnız son parlament seçkilərinin nəticələrinə görə 3 faizlik baryeri aşma və parlamentdə təmsilçiliklə məhdudlaşmamalıdır. Partiyaların dövlət qeydiyyatı və yerli təşkilatlarının rayonlarda sayı da həmin kriteriyalara daxil edilməli idi. Bu gün müxalifət partiyalarının əksəriyyəti dövlət tərəfindən maliyyə almır. Halbuki, bu partiyalar təşkilati strukturlarına görə parlamentdə təmsil olunan partiyaların əksəriyyətindən güclüdür. Bu gün partiyalara, xüsusən də müxalifət partiyalarına kimsənin 10 min manat maliyyə yardımı ayırması inandırıcı deyil. Çünki, həmin şəxsi çox böyük təzyiqlər, təqiblər və həbs gözləyir. Ona görə də bu dəyişiklərin indiki məqamda müxalifət partiyalarına heç bir dəxli yoxdur. Maliyyə yardımı ümumiyyətlə yoxdursa, onun azından və ya çoxundan danışmaq yersizdir”.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO