Məlum olduğu kimi, Rusiyanın baş naziri Dmitri Medvedyev sanksiyaların davam edcəyi təqdirdə ölkəsinin öz hava məkanını Qərbin üzünə bağlaya biləcəklərini vurğulayıb. Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında bu addımın Qərb üçün doğura biləcəyi nəticələri şərh edib:
“Təbii ki, Rusiyanın bu addımı Qərb üçün ciddi problem yaradacaq. Çünki Qərbdən Asiyaya təşkil edilən uçuşlar üçün ən qısa yol Rusiya üzərindən keçir. Rusiya öz hava məkanını Qərbin üzünə bağlayarsa, bu, Avropa dövlətlərini daha uzun marşurutlardan istifadə etməyə vadar edəcək. Bu isə həm vaxt, həm də maliyyə itkisi deməkdir. Çünki yol uzanandan sonra biletlərin qiyməti də qalxacaq. Bu isə Qərb üçün arzuedilən deyil”.
Seymur Əliyev



































































































