Ermənistanın Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirakı müzakirə olunacaq

Ermənistanın Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirakı müzakirə olunacaq

Hazırda oxunan: Ermənistanın Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirakı müzakirə olunacaq

52277
Patrik Xikki Avropanın 49 ölkəsinin hamısının Avropa Olimpiya Oyunlarında iştirakını təmin etmək istəyir

Avropa Olimpiya Komitəsinin və İrlandiya Olimpiya Komitəsinin prezidenti Patrik Xikki 11-14 oktyabr tarixlərində Ermənistana səfər edəcək.
 
APA verdiyi məlumata görə, Patrik Xikkin rəhbərlik edəcəyi nümayəndə heyətinin Ermənistan Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə keçiriləcək görüşündə Ermənistan idmançılarının 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarında iştirakı məsələsi müzakirə ediləcək.
 
P. Xikkin vəzifəsi bütün Avropa ölkələrinin Avropa Olimpiya Oyunlarında iştirakını təmin etməkdir.
 
O bildirib ki, Avropanın 49 ölkəsinin hamısının Avropa Olimpiya Oyunlarında iştirakını təmin etmək istəyirlər və bütün ölkələrin bu turnirdə təmsil olunacağına əmindir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO