İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

Hazırda oxunan: İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi
635856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev İsmail Uld Şeyx Əhmədi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı məktubunda Baş katibə qarşıdakı məsul fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Prezident İlham Əliyev Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi önəm verdiyini və əlaqələrimizin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

İsmail Uld Şeyx Əhmədin bu mötəbər təşkilata rəhbərliyinin İƏT-in qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə, İslam həmrəyliyinin güclənməsinə xidmət edəcəyinə inandığını bildirən Azərbaycan Prezidenti Baş katibə bir daha möhkəm cansağlığı, xoşbəxtlik, İslam dünyasının rifahı naminə şərəfli işində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO