Şəhidin son mesajı:“Sənin üçün o qədər darıxmışam ki bilsəm ki,cənazəmə gələcəksən, onda ölərəm”  - FOTO

Şəhidin son mesajı:“Sənin üçün o qədər darıxmışam ki bilsəm ki,cənazəmə gələcəksən, onda ölərəm” - FOTO

Hazırda oxunan: Şəhidin son mesajı:“Sənin üçün o qədər darıxmışam ki bilsəm ki,cənazəmə gələcəksən, onda ölərəm” - FOTO

50875
Ötən gecə düşmən gülləsinə tuş gələn şəhid Səftər Məmmədov özündən sonra ailə üzvlərilə birlikdə sevgilisini də gözüyaşlı qoyub. Bakıdan hərbi xidmətə yollanan Səftər Məmmədovun son “Facebook” statusu yayılıb. 

Moderator.az-ın məlumatına görə, Səftər Məmmədov sosial şəbəkədəki son statusu görənlərin gözünü yaşardır. O, son mesajını iki gün öncə yazıb. İyulun 30-da sevgilisinə göndərdiyi mesaj sanki Səftər Məmmədovun ölümünə bir işarə idi. 

Səftər Məmmədov “Facebook” səhifəsindəki statusunda sevgilisi üçün darıxdığını da aydın şəkildə qeyd edib: “Sənin üçün o qədər darıxmışam ki, bilsəm ki, cənazəmə gələcəksən, onda ölərəm”.

Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 8 hərbçisi şəhid olub. Bunlar aşağıdakılardır: 
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu 

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb. 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO