Bakının Müşfiqabad qəsəbəsində vəhhabilərlə dindarlar arasında dava düşüb. Qaradağ rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, vəhhabi kimi tanınan qrup iftar məclisindən sonra şiə təriqətindən olan dindarlara hücum edib: “Bu, barədə ərizə ilə bizə şikayət edilib. Hələ ki, hadisə ilə bağlı saxlanılan yoxdur”. İdarənin məsul şəxsi həmçinin, bildirilib ki, hadisə Müşfiqabad məscidində baş verib: “Məscidin ərazisində quraşdırılan videokameraların yazdığı görüntülərdən hadisənin araşdırılması üçün də istifadə olunacaq”.
Qeyd edək ki, belə bir hadisənin baş verməsilə bağlı “islamazeri.az” saytı məlumat yayıb. Xəbərdə qeyd edilir ki, bu gecə Bakının Müşfiqabad qəsəbəsində şam-işa namazlarından sonra dindarlar iftar süfrəsi açıblar.
Daha sonra dindarların əksəriyyəti məsciddən çıxıb. Bir neçə inanclı iftar süfrəsini yığışdırdığı zaman vəhhabilər “Allahu Əkbər” deyərək onlara hücum edib. Radikal təkfirçilər iftar süfrəsini yığışdıranlara ağır zərbələr endirdikdən sonra məscidin çölündə olan dindarlar yenidən məscidə qayıdıblar və ara sakitləşib.









































































































