Aslan İsmayılov hüquq-mühafizə orqanlarını ittiham etdi

Aslan İsmayılov hüquq-mühafizə orqanlarını ittiham etdi

Hazırda oxunan: Aslan İsmayılov hüquq-mühafizə orqanlarını ittiham etdi

46705

Vüsal Şilderin qətli ilə bağlı Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə vəkil Aslan İsmayılovun çıxışı ciddi rezonansa səbəb olub. A.İsmayılovun bu çıxışının bütövlükdə çox mühüm ictimai-siyasi əhəmiyyət kəsb etdiyini nəzərə alıb, Moderator.az olaraq həmin çıxışı olduğu kimi oxucuların diqqətinə çatdırırq:

“Hörmətli məhkəmə, vəkillərin çıxışını dinlədikdən sonra replika hüququmuzdan istifadə etmək qərarına gəldim. Vəkillərin çıxışını dinləyərkən məndə elə təəssürat yarandı ki, mən də istintaq, ittiham orqanı və məhkəməyə qoşulub heç bir günahı olmayan şəxslər barəsində ittihamedici hökm çıxarılmasını istəyirəm. Mən ona görə işin qısa fabulasını bir daha yadınıza salım. İşin fabulası ondan ibarətdir ki, bir gənc oğlan gənc qızı istədyinə görə və bütün əxlaqı, ədəbi ilə adət-ənənələrə uyğun bu qızla rəftar etdiyindən qarşı tərəf bu nikahın qarşısını almaq üçün bir günahsız gəncə iftira atıb ifşa edib sevdiyi qızın gözündən salınmasına sifariş veriblər. Bu sifarişi canla-başla yerinə yetirənlər həmin gənci maşınında getdiyi yerdə arxadan vururlar ki, sonra maşınına narkotik vasitə atıb polisə aparıb, TV-lərdə nümayiş etdirsinlər. Maşını elə sürətlə vurublar ki, maşınların təhlükəsizlik yastıqları açılır və bunların özlərindən biri həmin qəzada xəsarət alır. Bununla da kifayətlənmirlər, həmin sadəlöhv gənc bunlara yazığı gəldiyindən öz maşınının təmirini atasının emalatxanasında düzəltdirməyi təklif edir. Hərçənd ki, həmin gəncin-Vüsal Şilderin maşınının tam sığortası olub. Yəni o heç yerə getmədən sığortanı çağırıb dəymiş ziyanın 10 min manatdan yuxarı dəyərinin onlardan ala bilərdi və buna da haqqı vardı. Vüsalın səmimiliyindən istifadə edən təqsirləndirilən şəxslər onu aldadaraq dəymiş ziyanın dəyərini ödəmək adı ilə onu Nərimanovdan Binəqədi rayonunun ərazisinə gətirirlər ki, orada yerləşən, tanıdıqları 7-ci bölməsində onun cibinə nəşə atıb telekanallarda narkotik istifadəçisi kimi göstərsinlər. Əvvəlcədən məharətlə təşkil olunmuş bu əməliyyatı həyata keçirirlər. Həyatında narkotik vasitənin nə olduğunu bilməyən, yüksək təhsilli və mədəniyyətli gənc bütün ətrafında narkotiklə saxlanılmış şəxslərdən biri kimi ANS telekanalında nümayiş olunur. Telekanal vasitəsi kriminal xəbərlərdə nümayiş olunmağın nə qədər arzuolunmaz hal olduğunu bu zalda əyləşən təqsirləndirilən şəxslər hamımıza göstərdilər. Belə ki, bizim ANS TV-nin məhkəmə prosesində iştirak etməsi fikrinə onların hər birinin aqessiv münasibətini, qəti etirazını hamınız gördünüz. Bu məhkəmə iclasında da məni dəhşətə gətirən odur ki, təqsirləndirilənlərin hamısı və vəkilləri bir ağızdan çıxış edərək soruşurlar ki, “axı biz neynəmişik ki, burda həbsdəyik”? “bir maşına da “tıkk” etməklə adama belə ağır ittiham verərlər?” Vəkil həmkarlarım da burada etiraf etdilər ki, bu hadisədən 20 gün sonra Vüsal qətlə yetirilməsəydi bu işin üstü heç açılmayacaqdı. Onların dediyində də həqiqət var, ölkədə durum o vəziyyətdədir ki, bu cür hallar artıq “heç nə” sayılır. Məhz buna görə dəhşətlidir ki, hüquq-mühafizə orqanlarında çalışıb vətəndaşların haqqını-hüququnu qorumalı olan şəxslərin əksinə, bir gənci şərləyərək, cibinə nəşə atıb, polisə gətirib, onu TV vasitəsi ilə bütün ölkədə rüsvay etməsi bu məmləkətdə “heç nə” kimi sayılır. Vəkillər çıxışlarında bəzi məqamlara xüsusi diqqət yetirdilər. Demək olar ki, bütün vəkillərin hamısı təkid etdilər ki, iki maşının bir birinı “tık”etməsində hansı təhlükəli üsuldan söhbət gedə bilər? Onların qənaətinə görə iki maşının yüksək sürətlə toqquşması, toqquşmanın gücündən təhlükəsizlik yastıqlarının hər iki maşında açılmasında təhlükəli bir şey yoxdur. Hörmətli kolleqalarımın diqqətinə bir məqamı xatırlatmaq istəyirəm. Nəqliyyatın iştirakı ilə törədilən istənilən qəza ağır təhlükəli hal hesab olunur. Bu heç də iki at arabasının bir-birinə toxunması deyil. Məhz AR Mülki Məcəlləsində də nəqliyyat vasitələri yüksək təhlükə mənbəyi sayılır. Yüksək təhlükəli iki vasitənin toqquşması nəticəsində baş verənlərə isə mənim kolleqalarım don geyindirmək istəyir ki, burda hansısa bir təhlükəli üsuldan danışmaq olmaz. Mən bir hüquqşünas kimi bunu anlaya bilmirəm. Hörmətli kolleqalarımın hər biri istintaqın qərəzindən danışır ki, guya istintaq təqsirləndirilən şəxslərə qarşı qərəzli olub.

Hörmətli məhkəmə! Qurban Novruzovun vəkili burda qeyd elədi ki, Qurbanla İlham Məmmədov arasında heç bir pul söhbəti olmayıb. Amma Siz cinayət işinin materiallarını təhlil etsəniz görərsiniz ki, hadisədən dərhal sonra Qurban Novruzov dəfələrlə İlham Məmmədova zəng edib Vüsalın maşınını vurmasına, onun polisə gətirilməsinə, narkotik vasitənin onun üstündən aşkar edilməsinə görə vəd etdiyi pulu tələb edir, Yaşar Sumeri təhdid edir ki, İlham Məmmədov onun haqqını verməyib. Bu barədə onların hər birinin çoxsaylı ətraflı ifadələri var. Hadisənin detalları ilə təsviri göstərir ki, Qurban Novruzov, Yaşar Sumer və İlham Məmmədov arasında baş verənləri istintaqçı bilə bilməzdi. Yəni istintaqçı bilə bilmızdi ki, İlhamın Qurbana nə qədər verəcəyi var, onlar haralarda, hansı şəraitdə görüşüblər, görüşlərini necə və nə vasitəsi ilə təşkil ediblər, görüşlərdə kimlər olub və s. Mən Sizdən xahiş edirəm ki, hökm çıxarılanda hökmən fikir verəsiniz ki, təqsirləndirilən şəxslərin hər biri ifadələrində özünə aid olan hissədə ehtiyatlı olsalar da, özlərini günahsız kimi təqdim etməyə çalışsalar da qarşı tərəfi-cinayət ortaqlarını məmnuniyyətlə ifşa edir, törədilmiş cinayətlərin bütün detallarını açıqlayırlar. Bu gün bu məhkəmə zalında İlham Məmmədovu videoçəkilişdən sinəsiylə qorumağa çalışan, özünü onun fəadisi kimi təqdim edən həmin Qurban Novruzov həbs olunan kimi İlham Məmmədovun bu hadisələrdəki rolunu, bəzən də şişirtlmələrlə bütün detalları ilə istintaq orqanına bildirib. Amma bu gün məhkəmə zalında özünü elə göstərir ki, guya burada İlham Məmmədovun bu cinayətə cəlb olunmasının səbəkarı biz olmuşuq, onunla bağlı ifşaedici ifadələri biz vermişik. Amma həmin ifadələri Qurban Novruzov sərbəst şəkildə, özü də məmuniyyətlə verib. Amma özüylə bağlı danışanda məmnuniyyətlə izi azdırmağa çalışır ki, onluq heç bir şey olmayıb. O cümlədən Yaşar Sumerə qayıdaq. Yaşar Sumer özüylə bağlı olan hissələrdə sakitcə davranır. Amma Kənan Babayevlə bağlı məmuniyyətlə ətraflı, bəzi hallarda isə reallığa uyğun olmayan ifadələr verir. Biz zərərçəkən kimi həmin ifadələri şübhə altına aldıq. Çünki, təsəvvür etmək mümkün deyil ki, hansısa bir polis rəisi və ya müavini az qala bütün Bakının gözü qarşısında cinayət ortağından tələb edir ki, mənə 2 min, sonra 5 min manat ver. Kənan Babayevin İlham Məmmədovla xidməti otağında rahat söhbət etdikdən sonra polis bölməsinin həyətinə çıxıb çoxsaylı şahidlərin yanında pul tələb etməsi ağılabatan deyil. Amma baxın, bunu Yaşar Sumer məsuliyyətdən yayınmaq üçün, ola bilər ki, istintaqın hansısa vədi nəticəsində məmnuniyyətlə deyir. Yaşar Sumerin vəkili məhz məhkəmə iclasında müvəkkilinin əsl məqsədinin nə olduğunu özü deyir ki, Yaşar Sumer Azərbaycanda bir nəfər böyük biznesmendən batmış pulunu tələb etmək üçün İlham Məmmədova müraciət edib. İş materiallarından da artıq görürsünüz ki, İlham Məmmədov polis işçisi ola-ola “razborka”larla məşğul olur. İş adamını çağıraraq ona Yaşarın pulunun ödənməsini tələb edir. Ona görə də kolleqalarım bütün bu halları sadalayanda bəzi məqamlarda onların mövqeyinin təqsirləndirilən şəxslərlə bağlı olduğunu başa düşsəm də çox vaxt anlaya bilmirəm. Yaşar Sumerin vəkili burada zərərçəkənlərlə bağlı ətraflı danışdı. Dedi ki, Azər Quliyev məhkəmə iclasında zərərçəkən olmadığını deyib və ona heç bir zərər dəymədiyini bildirib. Bəli, hansısa hissədə doğru deyir. Ona görə ki, Azər Quliyevə dəyən zərər onun törətdiyi cinayətə adekvat deyil. Azər Quliyev bu cinayət məsuliyyətindən canını qurtarmaq üçün nəinki maşınına dəymiş min manatlıq ziyandan imtina etməyə, hətta maşınını da hədiyyə etməyə hazırdı. Ona görə ki, Azər Quliyev bu cinayətdə aktiv iştirak edənlərdən biridir. Hörmətli məhkəmə, mən 30 ildən artıq həm məhkəmə, istintaq və prokurorluq sistemində işləyən bir şəxs kimi sizə əminliklə deyirəm, istintaq orqanı bir yerdə saxtakarlıq edibsə, məhz Azər Quliyevlə bağlı edib. Əgər Siz iş materiallarını diqqətlə oxusanız, Azər Quliyev istintaqın ilkin mərhələsində bu cinayətin iştirakçısı kimi tam ifşa olunub. Amma sonradan istintaqçılar Azər Quliyevi öyrədiblər, o da deyib ki, mən cinayətdə iştirak etmək istəmədiyimdən kənara çəkilirəm. Hər halda istintaqı aparan Pərviz İbayev gözəl bilirdi ki, bu qədər sübutu gizlətmək mümkün deyil. Ona görə də Azər Quliyevə yol göstərir ki, cinayətin müyəyyən mərhələsində cinayəti törətməkdən könüllü imtina adı ilə səni qurtara bilərik. Nəticədə Azər Quliyevdən də həmin ifadələri alıblar. Hörmətli kolleqalarım adımı çox hallandırmasaydılar bəlkə mən də bəzi suallara toxunmazdım. Burada onlar çıxışlarında dedilər ki, məhkəmə dəymiş ziyan məsələsini heç araşdırmadı, ekspertiza təyin etmədi, ekspertləri məhkəmə iclasına dəvət etmədi. Amma mənim yadımda deyil ki, tərəflər bununla bağlı məhkəməyə vəsatət versinlər və biz də bunun əleyhinə gedək. Dəymiş zərərlə bağlı isə mən bir daha deyirəm ki, hörmətli vəkillər iş materiallarına diqqət yetirsinlər, o zaman görərlər ki, Vüsal Şilder, əvvəla, yol-nəqliyyat hadisəsinin valideynlərinın bilib əsəbləşməməsi üçün maşının tez təmir olunmasını istəyir. Məhz buna görə maşının sığortası ola ola heç kimi hadisə yerinə dəvət etmir. İkincisi, ən əsası, təqsirləndirilən şəxslərə yazığı gəldiyindən, onları böyük xərclərdən xilas etmək üçün özü təklif edir ki, maşını atasını sahibi olduğu təmir sexinə aparsınlar ki, usta pulu verilməsin.Əlavə olaraq ustadan xahiş edir ki, orijinal hissələr baha olduğundan çin ehtiyat hissələri ilə təmiri həyata keçirsin. Məhz ancaq saxta ehiyat hissələrinin dəyəri üçün 450 manat alınır. Dəymiş ziyanla bağlı ətraflı ekspertiza rəyi var, onunla diqqətlə tanış olsalar real ziyanı mübahisələndirməzlər. Kolleqalarımın çıxışlarına dediklərimdən əlavə diqqət yetirmək istəmirəm”.

 

Ardı var

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO