İrəvana sığınan ailə Ermənistanda yaşamaq istəmir

İrəvana sığınan ailə Ermənistanda yaşamaq istəmir

Hazırda oxunan: İrəvana sığınan ailə Ermənistanda yaşamaq istəmir

41577
Ermənistandan siyasi sığınacaq istəyən azərbaycanlı ailə ilə bağli yeni xəbər yayılıb. İsveç-Azərbaycan Ticarət Təşkilatinin sədri Elxan Həsənli ANS PRESS-ə bildirib ki, ailə yaşamaq üçün getmək istədiyi üçüncü ölkə kimi İsveçrəni seçib.

“Bu ailə nə Azərbaycanda, nə də Ermənistanda yaşamaq istəmir. Ermənistan Miqrasiya Agentliyi ilə söhbətlərində onlar İsveçrədə yaşamaq istədiklərini bildiriblər. Bu barədə İsveçrənin Ermənistandakı səfirliyinə məlumat verilib. Məlumat səfirlikdən İsveçrə Xarici İşlər Nazirliyinə, ordan da miqrasiya qurumuna ötürülüb”,- deyə Elxan Həsənli vurğulayıb. 

Onun sözlərinə görə, Cavid Orucovun ailəsinin İsveçrəyə gəlişi də elə asan başa gələn iş deyil. “Bu, 5-10 dəqiqənin içində başa gələn deyil. İsveçrəyə mühacirət üzrə hər ölkəyə kvota müəyyən edilib. İndi Azərbaycan üçün kvotanın olub-olmaması araşdırılır”,- deyə Elxan Həsənli bildirib. 

Qeyd edək ki, 29 yanvar tarixində 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzoyeva adılı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-lərinin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.

Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO