“Ağıllı telefonlara”qoyulan qadağa ilə bağlı açıqlama - Rəsmi

“Ağıllı telefonlara”qoyulan qadağa ilə bağlı açıqlama - Rəsmi

Hazırda oxunan: “Ağıllı telefonlara”qoyulan qadağa ilə bağlı açıqlama - Rəsmi

39801
“SMART və Android telefonların Nazirlər Kabinetində qadağan edilməsi təhlükəsizlik tədbirləri ilə bağlıdır. Bizə tapşırıq verilib və 2 ay bundan qabaq həmin tipli telefonlardan istifadə edənlər mobil cihazlarını əvəzləyiblər”.   Bu sözləri “Axar.az”a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli dedi. O bildirdi ki, qərarın hansı əsaslara dayanaraq verilməsi barədə mətbuat xidmətində heç bir məlumat yoxdur: “Bizə bu tapşırığı veriblər. Ancaq onun səbəbini açıqlamayıblar. Bu qərar Xüsusi Dövlət Mühafizə Xidməti tərəfinin təklifi əsasında verilib. Sadəcə, onu deyiblər ki, bu təhlükəsizlik ilə bağlıdır. Daha heç bir detalı açıqlamayıblar”.   Xatırladaq ki, analoji qərar daha öncə Milli Məclis və Prezident Administirasiyasında da verilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO