Dünən –aprelin 20-də Azərbaycanın bir sıra dağlıq bölgələri kimi, 27-ci ildir erməni işğalı altında qalan Laçın rayonuna da qar yağıb.xa0

Moderator.az xəbər verir ki, Laçın şəhərininxa0 son qarlı foto-görüntülərini sosial şəbəkələrin erməni seqmentinə istinadla Nicat Nağdalı adlı laçınlı istifadəçi paylaşıb.

P.S. Bu gün Laçına, Kəlbəcərə, Şuşaya qar yağmasının Azərbaycan vətəndaşına isti-soyuğu varmı? Bakıdakı isti kabinetlərdə kiminsə həsrətdən burnunun ucu, ürəyinin başı göynədimi?..xa0 Bu gün Laçın “dəhliz”inə,xa0 vaxtilə ermənilərin keçə bilmədiyi “qara qapısı”na yağan qar bizləri üşütmədisə,xa0 indi rahat yaşadığımız yurdları, şəhərləri, oturduğumuz isti mənzilləri, ağça otaqları, kabinetləri, geniş dəhlizləri də gec-tez itirəcəyik və diyar-diyar gəzən qaraçılara döndüyümüzdən bütün qapılar da üzümüzə bağlanacaq...

Sultan Laçın







































































































