“Ondan soruşun ki, 1994-cü ilin yanvarında Ömər aşırımını kim qoyub qaçmışdı...”

“Ondan soruşun ki, 1994-cü ilin yanvarında Ömər aşırımını kim qoyub qaçmışdı...”

Hazırda oxunan: “Ondan soruşun ki, 1994-cü ilin yanvarında Ömər aşırımını kim qoyub qaçmışdı...”

249898

Qarabağ savaşında ermənilərin xa0“Sasun” könüllü dəstəsininxa0 komandiri olmuş, hazırda isə xa0baş nazir əvəzi Nikol Paşinyanın “Məmin addımım” seçki blokunun üzvü olan Sasun Mikaelyanın “inqilabdakı xalqın qələbəsi, Qarabağdakı xa0azadlıq müharibəsindən daha vacibdir” xa0söyləməsi xa0hələ də işğalçı ölkədə seçkiqabağı müzakirə mövzusu olaraq qalır.


Moderator.az xəbər verir ki, xa0Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Respublika partiyasından xa0deputatlığa namizəd David Şahnazaryan jurnalistlərə açıqlamasında bir daha S.Mikaelyanı qınayaraq onun bu çıxışını N. Paşinyanla birgə öncədən planlaşdırdığını vurğulayıb.


D.Şahnazaryan xa01994-cü ildə Qarabağ müharibəsi zamanı baş verimiş və keçmiş komandirin nüfuzuna xələl gətirəcək bir epizodu xatırladaraq deyib:

“Sasun Mikayelyandan soruşun ki, 1994-cü ilin yanvarın birinci yarısında Ömər aşırımını kim qoyub qaçdı. Vazgen Sarkisyanın(1993-1995-ci illərdə Ermənistanın müdafiə məsələləri üzrə dövlət naziri) xa0hərbi dövrdə ən ağır cəzaya –güllələnməyə məhkum etmək istədiyi xa0xa0komandirlərdən biri kim olub və bunu etməkdən onu kim çəkindirib? Qoy təfsilatıyla danışsın. xa0Həmin yüksəklikləri geri qaytaran hərbi birliklərin hansılar olduğunu soruşun. Ömər aşırımını təslim edənlər bizi olduqca təhlükəli duruma salmışdı...”


Sultan Laçınxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO