“GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib”x9d

“GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib”x9d

Hazırda oxunan: “GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib”x9d

194400
“GUAM çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur”x9d.
xa0
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu bu gün barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasınınxa0 iclasında söyləyib.
xa0
E. Məmmədyarov deyib ki, GUAM-a üzv ölkələr arasında iqtisadi, turizm, gənclər və mədəniyyət sahəsində əməkdaşlıq üçün böyük potensialdan istifadə etmək lazımdır: “GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib”x9d.
xa0
Xarici işlər naziri GUAM ölkələrində münaqişələrin əsas problem olaraq qaldığını qeyd edib: “”™GUAM ölkələrindəki münaqişələr mütləq ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”x9d.
xa0
GUAM çərçivəsində iqtisadi əməkdaşlığı əsas elementlərdən biri adlandıran E. Məmmədyarov nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsininxa0 əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, GUAM ölkələri davamlı əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
xa0
Nazir GUAM-ın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığından da danışıb. Onun sözlərinə görə, bu cür əməkdaşlıq çox vacibdir və gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət ayrılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO