Putindən Türkiyə ilə ABŞ arasındakı gərginliyi körükləyən  İDDİA...

Putindən Türkiyə ilə ABŞ arasındakı gərginliyi körükləyən İDDİA...

Hazırda oxunan: Putindən Türkiyə ilə ABŞ arasındakı gərginliyi körükləyən İDDİA...

181692
xa0
Rusiya Prezidenti Vladimir Putin Türkiyədə 15 iyulda dövlət çevrilişinə cəhd hadisəsindən ABŞ xüsusi xidmət qüvvələrinin məlumatlarının olduğunu söyləyib.
xa0
Moderator.az xəbər verir ki, "The Putin Interviews (Putin Müsahibələri) sənədli filmi üçün Amerikalı məşhur rejissor Oliver Stouna müsahibə verən Putin 15 iyul çevriliş cəhdinə dair bunları söyləyib:
xa0
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət çevrilişi cəhdində yer aldığını heç vaxt mənə deməyib. Amma mən bu məntiqdən yola çıxaraq düşünürəm ki, əgər Gülən, doğrudan da çevriliş cəhdində iştirak edibsə ki, bu məsələdə bir fikrim yoxdur. O zaman ABŞ xüsusi xidmət qüvvələrinin baş verənlərdən xəbərdar olmamasını isə təsəvvür etmək çox çətindir".
xa0
Çıxışında İncirlik məsələsinə də toxunan Putin "Bu arada, Amerika Hava Qüvvələri Türkiyədə İncirlik bazasında yerləşir. İncirlikdəki əsgərlər də dövlət çevrilişi cəhdində fəal iştirak etdilər" deyib.
xa0
Türkiyədə ABŞ-ın taktiki nüvə silahlarının olduğunu və çevriliş cəhdi səbəbiylə bu məsələdəki narahatlığını də dilə gətirən Putin "Belə dramatik hadisələr baş verdiyi zaman, ağıla bu sual gəlir: Bu nüvə silahlarının başına nələr gələ bilər?" deyib.


Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO