Azərbaycan AN-178 təyyarələri alacaq

Azərbaycan AN-178 təyyarələri alacaq

Hazırda oxunan: Azərbaycan AN-178 təyyarələri alacaq

173550
Azərbaycan Ukraynanın “Antonov”x9d şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək.

A.Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq".

Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO