Bu gün Şərqdə ilk demokratik respublikanın qurucusu, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 133 il ötür.xa0
Maraqlıdır, doğmaları Məhəmməd Əmin Rəsulzadənin doğum günlərini necə qeyd edir?
Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsuzladə Moderator.az-a açıqlamasında bildirib ki, M.Ə.Rəsulzadənin anandan olduğu gün hər il ailə daxilində qeyd edilir:
“Ailə daxilində kiçik də olsa məclis qurulur. Bu yaxınlarda Rəsulzadınin qohumları ilə toplantı keçirdik. Hər il olmasa da, hərdən belə toplantlarımız olur. Bu gün hava soyuq, qarlı olduğundan bir yerə gedə biməmişik. Yəqin ki, axşam evdə bu günü qeyd edəcəyik”x9d.xa0
R.Rəsulzadə daha sonra M.Ə.Rəsulzadənin Novxanı kəndindəki ev muzeyinin 1937-ci ildən uşaq bağçası kimi fəaliyyət göstərməsi haqqında da danışıb: “Rəsulzadənin Novxanıdakı uzun illərdir bağça kimi istifadə olunan ev muzeyinin təmir olunması, yenidən qurulması ilə bağlı artıq neçə illərdir ki, təşəbbüs qaldırılıb. Təmir olunmalıdır, biz də gözləyirik, ümid edirik ki, təmir olunacaq”x9d.xa0
R.Rəsulzadə bu gün M.Ə.Rəsulzadəni yad edən hər kəsə təşəkkür edib:
“Bu gün hamımızın sevincidir, çünki bizim ümummilli bayramımızdır. Bu gün Rəsulzadə yada salınırsa, bunu bizim çox da uzaq olmayan tariximizə, istiqlalımıza, mədəniyyətimizə, ümumiyyətlə vətənimizə diqqət, hörmət və ehtiram kimi qəbul edirəm. M.Ə.Rəsulzadənin fəaliyyəti tariximizin parlaq səhifələridir, çalışmalıyıq ki, o fəaliyyəti dəyərləndirək”x9d.xa0
Rumiyyə




































































































