Yazda Qarabağ savaşı başlasa...

Yazda Qarabağ savaşı başlasa...

Hazırda oxunan: Yazda Qarabağ savaşı başlasa...

166494
Bu il də yaz aylarında cəbhədə vəziyyətin gərginləşəcəyi ilə bağlı ekspertlərin oxşar proqnozları var. Hesab olunur ki, artıq Ermənistan tərəfi danışıqlar masasından xeyli kənarlaşıb və müharibədən başqa alternativ yol qoymayıb. Bu səbəbdən hesab olunur ki, düşmənə yenidən güc nümayişi göstərməyin vaxtı yaxınlaşır.

Bəs əməliyyatların təzədən bərpası Azərbaycana nə vəd edəcək? Politoloq Elxan Şahinoğluna görə, bu il ərzində həqiqətən də ciddi hərbi toqquşmaların şahidi ola bilərik: “Ona görə yox ki, keçənilki döyüşlərin bir ili tamam olacaq və münaqişə hələ də həll olunmamış qalır. Həm də ona görə ki, Ermənistanda parlament seçkiləridir və konstitusiya dəyişiklikləri baş verib.xa0

Artıq əsas səlahiyyət sahibi parlament və baş nazir olacaq. İndidən də artıq ciddi qarşıdurma var. Ola bilsin ki, Ermənistan daxilində də hansısa qüvvələr, hakimiyyətə yaxın qruplar, diqqəti yayındırmaq üçün cəbhə bölgəsində belə bir təxribat törədə bilərlər. Lakin müharibənin uzun çəkəcəyini söyləmək də çətindir. Çünki aprel döyüşləri onu sübut etdi ki, uzunmüddətli döyüşlər risklidir və digər tərəfdən, Rusiya kimi oyunçunun da təzyiqləri var. Ötən ilin aprelində bizim ümidlərimiz var idi ki, daha böyük əraziləri azad edə bilərik. Ancaq Rusiyanın təzyiqləri məsələdə öz rolunu oynadı. İndi də təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri əvvəlcə xa0erməni, daha sonra isə azərbaycanlı həmkarını Moskvaya dəvət etdi. Yəqin ki, yenə də xəbərdarlıq edəcəklər ki, atəşkəsə riayət olunsun. Ancaq atəşkəsə riayət etmək də çox çətindir. Bu, Azərbaycanın maraqlarına da cavab vermir. Çünki danışıqlarda heç bir irəliləyiş yoxdur. Rusiyanın isə mövqeyi dəyişməyib. Əksinə, Sergey Lavrov məlum mətbuat konfransında bizə də sübut etdi ki, Rusiya tərəfi münaqişənin xa0mərhələli həllinin tərəfdarı deyil və status mexanizminin müəyyənləşməsini istəyir”x9d.
Image

Politoloq bildirdi ki, biz işğalçını daima təzyiq altında saxlamalıyıq: “Təzyiq də odur ki, hücum olmalı və düşmən də itkilər verməlidir. Bu itkiləri düşmən verir və bu itkilər Ermənistan cəmiyyətinə də mənfi təsirlər edir. Çünki özlərinin statistikasına görə, guya keçən il cəbhə bölgəsində 166 nəfər itiriblər. Halbuki itki sayı bundan 4-5 dəfə çox olub. Hətta onların statistikasına inansaq belə, iqtisadi və sosial vəziyyəti ağırlaşan, problemləri artan Ermənistanda bu qədər şəxsi itirmək də böyük çətinliklər yaradır. Ona görə də əgər danışıqlarda irəliləyiş yoxdursa, Rusiya kimi böyük dövlət uzunmüddətli müharibə aparmağa da mane olursa, Azərbaycan üçün yeganə yol taktiki hədəflərdir. Taktiki hədəflərimiz olmalıdır ki, düşmən itki versin və cəbhə bölgəsində daimi təzyiq altında olsun. Nəticə olaraq xa0bu, il ərzində geniş müharibəyə rəvac verməsə də, lokal toqquşmaların başvermə ehtimalı yüksək qalır”x9d.xa0

E. Şahinoğlunun sözlərinə görə, bu il düşmən ötən il əldə etdiyimiz zirvələri geri qaytarmaq istəsə, ölüm-dirim savaşına girməliyik: “Həmin strateji yüksəklikləri qazanmaq üçün biz xeyli şəhid vermişik. Həmin itkiləri ona görə verməmişik ki, yenidən aldığımız strateji yüksəklikləri əldən verək. Bu, hakimiyyətin də imicinə çox böyük zərbə ola bilər. Onda gərək biz həqiqətən bütün diqqət və gücümüzü müharibəyə yönəldək. Bu məsələdə Rusiya faktoruna gəlincə isə qeyd edim ki, ümumiyyətlə, Azərbaycanda Rusiya amilini çox şişirdiblər. Rusiya Gürcüstanı, Ukraynanı parçaladı. Ancaq onsuz da Dağlıq Qarabağı əlimizdən almaqla, Azərbaycanın 20 faizini parçalayıblar. Bu baxımdan, biz parçalanmış torpaqları geri almaq uğrunda mübarizə aparmalıyıq. Rusiya da bilməlidir ki, biz daim belə sakit dayanmayacağıq. Kobud desək, Rusiya bizim dəliqanlı olduğumuzu bilməlidir ki, danışıqlarda irəliləyiş olsun. Biz hərb yolu ilə torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Doğrudur, 1990-cı illərdə bu istiqamətdə təcrübə yaşadıq. Məlum olduğu kimi, uğurlu əməliyyatdan sonra daxildə intriqalar, Rusiyanın kəşfiyyatının oynadığı rol, onların Ermənistana verdikləri silahların nəticəsində daha çox torpaqları itirdik. Bu, bizim üçün acı təcrübədir və bunu yaşamamalıyıq. Ancaq yenə də təhlükə ilə üzləşsək ki, əldə etdiyimiz yüksəklikləri itirə bilərik, o zaman 3-4 günlük müharibə yox, artıq uzun müddət davam edəcək savaşa hazır olmalıyıq”x9d.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan beynəlxalq qurumlara bir daha bəyan edir ki, status-kvonun dəyişməməsi Azərbaycanı razı salmır: “Bu dəyişilməlidir və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycan prezidentinin, müdafiə nazirinin açıqlamaları onu deməyə əsas verir ki, vəziyyət belə davam edəcəyi təqdirdə Azərbaycan bütün mümkün variantlardan, ən əsası da güc amilindən istifadə edəcək”x9d.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO