Məlum olduğu kimi, Respublika Prokurorluğu aprelin əvvəllərində təmas xəttində baş verən düşmən təribatı və hərbi əməliyyatlar zamanı zorakılığa məruz qalan, yaralanan mülki şəxslərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb.
Maraqlıdır, ermənilərə qarşı açılan bu cinayət işinin hansısa perspektivi varmı? Bununla hansısa erməni qatilinin real olaraq məsuliyyətə cəlb edilməsi mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Namizəd Səfərov Respublika Prokurorluğunun bu addımını doğru addım kimi dəyərləndirdi:
"Qanunvericiliyin tələbinə əsasən Azərbaycan ərazisində baş vermiş zorakı ölüm hadisələri ilə əlaqədar cinayət işi qaldırılmalıdır. İstər 20 Yanvar, istər Xocalı soyqırımı, istərsə də Azərbaycan ərazisində baş verən digər zorakılıqlarla bağlı cinayət işinin açılması qanunun tələbidir. Təmas xətti boyu, hərbi əməliyyatlar zamanı baş verən istənilən ölüm hadisəsi ilə bağlı cinayət işi qaldırılmalıdır. Baş Prokurorluğun tabeçiliyində Baş Hərbi Prokurorluq mövcuddur. Həmin Baş Hərbi Prokurorluq isə cəbhə xəttində baş verən zorakılıqlarla bağlı cinayət işi qaldırır. Aprelin əvvəllərində düşmən atəşi nəticəsində yaralanan və ya həlak olan şəxslərlə bağlı bu cür cinayət işinin qaldırılması da düzgün addımdır.
1995-ci ilin atəşkəs dönəmindən bu günə qədər düşmənin snayper atəşləri, digər təxribatları nəticəsində öldürülən hərbi-mülki şəxslərin ölümünə görə də cinayət işi açılmalıdır. Hələlik ermənilərə qarşı qaldırılan bu cinayət işinin hansı nəticə verəcəyi qaranlıq olaraq qalır. Lakin əgər bir gün erməni ordusunun törətdiyi cinayətlərlə bağlı Haaqa məhkəməsinə bənzər bir məhkəmə prosesi baş tutarsa, xa0o zaman indi qaldırılan cinayət işlərinə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi təmin oluna bilər.xa0 Bu baxımdan Respublika Prokurorluğunun bu addımını düzgün addım kimi qiymətləndirirəm".
xa0
Seymur Əliyev




























































































