İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul etdi

İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul etdi

Hazırda oxunan: İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul etdi

100042
Fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Moderator.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunuldu.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edildi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO