"Pasient qız şişin nəhəng ölçüləri səbəbindən kompüter tomoqrafa sığmayıb..."

Hazırda oxunan: "Pasient qız şişin nəhəng ölçüləri səbəbindən kompüter tomoqrafa sığmayıb..."

630116
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qızın qarın boşluğunda olan kistasından 100 litr maye çəkdikdən sonra onu kənar ediblər..."

 

Polşanın Jeşuva şəhərində 24 yaşlı qızdan 100 kq çəkidə şiş çıxarılıb.

 

Moderator.az xəbər verir ki, bu barədə "onet.pl" nəşri yazıb.

Şiş o qədər böyük olub ki, pasient qız kompüter tomoqrafa sığmayıb.

24 yaşlı pasiyent qız danışıb ki, nəhəng şişin sayəsində 158 sm boyu müqabilində 182 kq çəkisi olub.

Qız müstəqil hərəkət etməyə çətinlik çəkib, lakin qorxusundan bir müddət tibbi yardım üçün müraciət etməyib.

"Mən hərəkət edə bilmirdim, məndə təngnəfəslik və belimdə ağrılarım olub", - pasiyent qız deyib.

Polşa həkimləri qeyd edir ki, əməliyyat aparmaq çətin olub, çünki pasiyent şişin böyük ölçüləri səbəbindən kompüter tomoqrafiya aparatına sığmayıb.

"Komanda olaraq nə ilə iş gördüyümüzü təxmini təsəvvür edirdik.

Qarnın dairəsi vizual müayinəyə mane olub, çünki pasiyent qız kompüter tomoqrafa sığmayıb.

Ultrasəs müayinəsi də təxmini olub, çünki sensor kistanın kənarına çatmayıb", - tibb elmləri namizədi, Jevuşada Şopen adına universitet kliniki xəstəxanasının ginekologiya, ginekoloji onkologiya və mamalıq kafedrasının müdiri, professor Tomaş Klyuz deyib.

Şişin çıxarılması əməliyyatını tibb işçiləri komandası icra edib. 

Əvvəlcə onlar laparotomiya edib, qarın boşluğunu açıb, kistanı kəsib, oradan 100 litr maye çəkiblər.

Sonra kistanı kənar edib, yumurtalığın və sol uşaqlıq borusunun hissəvi rezeksiyasını icra ediblər.

Çıxarılan şişin diametri bir metrə bərabər olub. 

Həmin kafedradan Anna Boqaçik etiraf edib ki, ilk dəfədir ki, belə böyük şişlə rastlaşıb.

O, qeyd edir ki, əməliyyat uğurla keçib və qız indi sağalmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO