
- A-
- A
- A+
Dünya
19:20 / 22.10.2026
Zelenskidən ETİRAZ: “Putinə nəsə versəniz, hər şeyi istəyəcək” - VİDEO
Hazırda oxunan: Zelenskidən ETİRAZ: “Putinə nəsə versəniz, hər şeyi istəyəcək” - VİDEO
643709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının Rusiya lideri Vladimir Putinin mövqelərini gücləndirəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə açıqlamasında danışıb.
“Mənim Putinə münasibətim tamamilə aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirəcəyik. Prezident Trampla aramızda şəxsi münaqişə yoxdur, lakin təbii ki, istənilən sanksiya yumşaldılmasının əleyhinəyəm”, – deyə Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, Putinə hər hansı güzəşt edilməsi daha böyük tələblərə yol açacaq.
“Bilirəm ki, Putinə nəsə versəniz, o, hər şeyi istəyəcək”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































