Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin yüksək səviyyəli danışıqlarda iştirakını tənqid edib. Onun fikrincə, bu yanaşma Rusiya liderinə Ukrayna ilə bağlı heç bir güzəştə getmədən beynəlxalq nüfuzunu bərpa etməyə imkan verir.
Bizim.Media xəbər verir ki, Sikorski bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Bu müharibəyə son qoymaq üçün təcavüz qurbanına deyil, təcavüzkara təzyiq göstərmək lazımdır”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Rusiya prezidentinə beynəlxalq statusun verilməsi Putinin öz mövqeyinin gücünə daha çox inanmasına səbəb olur.
“Bu, Putinin əlindəki kozırların əslində olduğundan daha güclü olduğuna dair inamını möhkəmləndirir”, – deyə Sikorski qeyd edib.
Polşalı nazir əlavə edib ki, Avropa sülh danışıqlarının gedişinə təsir göstərmək üçün bir sıra vasitələrə malikdir. Bunlara Ukraynaya hərbi və maliyyə dəstəyi, eləcə də dondurulmuş Rusiya aktivləri daxildir.
Bizim.Media

- A-
- A
- A+
Region
20:57 / 22.10.2026
Sikorski Putinin danışıqlara qoşulmasına ETİRAZ ETDİ: “Təcavüzkara təzyiq göstərmək lazımdır”
Hazırda oxunan: Sikorski Putinin danışıqlara qoşulmasına ETİRAZ ETDİ: “Təcavüzkara təzyiq göstərmək lazımdır”
Hazırda oxunan: Sikorski Putinin danışıqlara qoşulmasına ETİRAZ ETDİ: “Təcavüzkara təzyiq göstərmək lazımdır”
643721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































