Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində küçələrin işıqlandırılmaması və sahibsiz itlərin çoxluğu sakinlərin gündəlik həyatına çətinlik yaradır.
Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, söhbət qəsəbənin Murad Məmmədli küçəsindən gedir.
"Neçə ildir hava qaralan kimi bu küçəyə zülmət çökür. Heç bir yerdə işıq yoxdur. Üstəlik sürü ilə dolaşan sahibsiz itlər də ciddi problem yaradır. Mən şəkər xəstəsiyəm. Həkim tapşırıb ki, hər axşam yürüş etməliyəm. Amma bizim küçədə bunu etmək mümkün deyil.
İkinci növbə dərsdən gələn uşaqlar da çox əziyyət çəkirlər. Gərək mütləq valideyn uşağını qarşılasın. Çünki sahibsiz itlər hər an adama hücum edə bilərlər. Dəfələrlə aidiyyəti üzrə şikayət etsək də, çarə edən yoxdur", - deyə şikayətdə bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:33 / 22.10.2026
Biləcəridə sakinlərinin kabusu: Qaranlıq küçə və sahibsiz itlər – VİDEO
Hazırda oxunan: Biləcəridə sakinlərinin kabusu: Qaranlıq küçə və sahibsiz itlər – VİDEO
Hazırda oxunan: Biləcəridə sakinlərinin kabusu: Qaranlıq küçə və sahibsiz itlər – VİDEO
643649
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































