Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Regional Su Meliorasiya" QSC-nin sədri vəzifəsindən çıxarılan Zakir Quliyev Milli Məclisin keçmiş deputatı Elçin Quliyevin qardaşıdır.
Bizim.Media ölkə.az-a istinadən xəbər verir ki, E.Quliyev həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneridir. O, hazırda partiyanın Nərimanov rayon təşkilatının sədridir.
Qeyd edək ki, E.Quliyev 2015-2019-cu illərdə Milli Məclisə keçirilmiş seçkilərdə 63 saylı Sabirabad şəhər birinci seçki dairəsindən V çağırış deputatı seçilib.
Xatırladaq ki, Z.Quliyev QSC sədri vəzifəsindən çıxarıldıqdan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müşaviri təyin olunub.
O, 2006-2024-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsində fəaliyyət göstərib. 2024-cü ildən isə "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:08 / 22.10.2026
Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır
Hazırda oxunan: Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır
Hazırda oxunan: Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır
643707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































