“Qəzzadan çıxmayacağıq, fələstinlilər istəsələr, gedə bilərlər” – VİDEO

“Qəzzadan çıxmayacağıq, fələstinlilər istəsələr, gedə bilərlər” – VİDEO

Hazırda oxunan: “Qəzzadan çıxmayacağıq, fələstinlilər istəsələr, gedə bilərlər” – VİDEO

643657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İsrail Qəzzadan olan fələstinliləri qəbul etməyə hazır olan üçüncü ölkələrlə danışıqlar aparır”.

Bizim.Media xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Qəzzanın hər bir sakininin sərbəst şəkildə getmək hüququ olmalıdır. İnsanları qəfil bir yerə qapadıb saxlamaq da nə deməkdir? Nə baş verir? Bura Şimali Koreyadır? Əgər insanlar getmək istəyirlərsə, onlara icazə verilməlidir.

Əsas çətinlik onları qəbul etməyə razı ola biləcək ölkələri tapmaqdadır. Biz bunun üzərində də işləyirik. Mən buna böyük diqqət ayırıram və artıq müəyyən ilkin irəliləyişlər əldə olunub. Təfərrüatlara girmək istəmirəm. Nəzarət məsələsinə gəldikdə isə, bildirmişəm ki, o (Qəzza) həmişə bizim əlimizdə qalacaq. Bizim bu ərazini tərk etmək niyyətimiz yoxdur”, - deyə İsrailin Baş naziri bəyan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO