Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ

Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ

Hazırda oxunan: Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ

643664
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze vətənə xəyanət ittihamı ilə həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun nümayəndəsi Beka Kvitsiani brifinqdə bildirib ki, bu ilin əvvəlindən Çubinidze mətbuatda və sosial platformalarda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Keşikçidağ (David Qareci) monastır komplektinin ərazisinin bir hissəsini gizli şəkildə Azərbaycana verməsi barədə yalan və dezinformasiya xarakterli məlumatlar yayıb.

Jurnalistin bununla demarkasiya və delimitasiya üzrə dövlətlərarası komissiyanın işinə mane olduğu bildirilir. Kvitsianinin sözlərinə görə, istintaq jurnalistin bu iddialarını təkzib edib və ona qarşı vətənə xəyanət ittihamı irəli sürüb.

İrəli sürülən ittiham üzrə Çubinidzeni dörd ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, David Qareci kompleksi Azərbaycan-Gürcüstan sərhədinin yaxınlığında yerləşən qədim monastır kompleksidir. Kompleksin ayrı-ayrı hissələri Azərbaycan və Gürcüstan ərazilərində yerləşir. Bu səbəbdən David Qareci məsələsi iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı ən həssas mövzulardan biri hesab olunur. Azərbaycan məsələnin beynəlxalq hüquq və mövcud tarixi-kartoqrafik sənədlər əsasında həll edilməsinin lehinə çıxış edir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO