Dünyanın en populyar mehsencer tətbiqi olan "WhatsApp" "Android" istifadəçiləri üçün səsli stikerlər funksiyasını təqdim etməyə hazırlaşır. Yeni imkanlar sayəsində istifadəçilər stikerlərinə 10 saniyəyədək səs yazısı əlavə edə biləcəklər.
Bizim.Media "Digital Trends"ə istinadən xəbər verir ki, innovasiyalar "WhatsApp"ın "Android" üçün nəzərdə tutulmuş beta versiyasında sınaqdan keçirilib.
Yeniliyə əsasən, şəkillərdən yaradılan stikerlərə istifadəçilərin öz səs yazıları və ya cihazdakı audiofayllar daxil edilə biləcək. Videolardan hazırlanan animasiyalı stikerlərdə isə sistem avtomatik olaraq videonun orijinalından 5 saniyəlik səs seqmentini əlavə edəcək. İstəyə uyğun olaraq bu səs dəyişdirilə bilər.
Mesaj yazma ekranı da dəyişir
Tətbiqdə sınaqdan keçirilən digər vacib yenilik mesaj daxiletmə sahəsinin dizaynı ilə bağlıdır. İkisətirli yeni maketə əsasən, mətn yazılan sahə üst hissədə, fayl və digər funksiyaların piktoqramları (ikonları) isə alt sətirdə yerləşdiriləcək. Bu da istifadəçilərə mətn yazarkən daha geniş sahə qazandıracaq.
Həmçinin personal stikerlərin ətrafındakı ağ çərçivənin istəyə uyğun olaraq götürülməsi seçimi də hazırlanır.
Məlumata görə, hazırda sınaq mərhələsində olan bu funksiyaların bütün istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi hələlik açıqlanmır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:44 / 22.10.2026
“WhatsApp”a iki yeni funksiya gəlir
Hazırda oxunan: “WhatsApp”a iki yeni funksiya gəlir
Hazırda oxunan: “WhatsApp”a iki yeni funksiya gəlir
643647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































