Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

643689
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının (KRVİ) və mövsümi qripin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində profilaktik tədbirlər həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən cari ildə də ölkəyə mövsümi qripə qarşı vaksinlər gətirilib. Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub və artıq peyvəndlənməyə başlanılıb. Regionlarda isə vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir. Ətraflı məlumatı ailə həkimlərindən almaq mümkündür.

Bu il Niderland istehsalı olan "Influvac Tetra" dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və hospitalizasiya ehtimalını azaltmağa kömək edir.

Peyvəndlənmə xüsusilə risk qrupunda olanlara - 6 aydan yuxarı uşaqlara, 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəliyi və immun sistemi zəifliyi olanlara, hamilə qadınlara və tibb işçilərinə tövsiyə edilir.

Qripə qarşı vaksinasiya könüllüdür. Peyvənd olunmaq istəyənlər ərazi üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO