Mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 7 il müddətinə gəlir vergisindən azad olacaqlar.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Vergi Məcəlləsindəki dəyişiklikdə öz əskini tapıb.
Dəyişikliyə qədər bu müddət 3 il göstərilirdi.
Bundan başqa, dəyişikliklərə əsasən:
- "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
- bu Məcəllənin 102.1.45-ci maddəsində göstərilən (texnologiyalar parkının rezidentləri istisna olmaqla) iştirak payları (səhmlər) üzrə fiziki şəxslərə ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
- bu Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər - 2027-ci il yanvarın 1-dən 20 il müddətinə. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilmir;
- aşağıdakı şərtlər daxilində işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdiyi pay (səhm) üzrə gəlirlər (fayda), habelə belə müqavilələr çərçivəsində əldə edilən aktivin (payın, səhmin) digər şəxslərə təqdim edilməsindən yaranan gəlir - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə:
- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi çərçivəsində xaricdən əldə etdikləri gəlirlər - 2027-ci il yanvarın 1-dən 20 il müddətinə;
- vençur kapitalı fondları tərəfindən "Startap" şəhadətnaməsini, sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunurlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 22.10.2026
Startapların gəlir vergisindən azadolma müddəti artırıldı – FƏRMAN
Hazırda oxunan: Startapların gəlir vergisindən azadolma müddəti artırıldı – FƏRMAN
Hazırda oxunan: Startapların gəlir vergisindən azadolma müddəti artırıldı – FƏRMAN
643626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































