Yüksək vəzifəyə təyin olunan Zaur Nağıyev kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Zaur Nağıyev kimdir? – DOSYE

Hazırda oxunan: Yüksək vəzifəyə təyin olunan Zaur Nağıyev kimdir? – DOSYE

643650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Zaur Nağıyev “Bakı Metropoliteni” QSC İdarə Heyətinin sədri Vüsal Aslanova müavin təyin olunub.

Bizim.Media yeni müavinin dosyesini təqdim edir:

Zaur Nağıyev 1982-ci ildə anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən həmin qurumun İdarə Heyəti sədrinin müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Zaur Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.

2017-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO