O insanlara hücum etmir, lakin bu çay yırtıcısının balıq qayıqlarını çevirdiyi hallar məlumdur...

O insanlara hücum etmir, lakin bu çay yırtıcısının balıq qayıqlarını çevirdiyi hallar məlumdur...

Hazırda oxunan: O insanlara hücum etmir, lakin bu çay yırtıcısının balıq qayıqlarını çevirdiyi hallar məlumdur...
604145
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Kaluqanın uzunluğu 6 metr, çəkisi bir tondan çoxdur..."
 
Dünyanın şirin suda yaşayan ən böyük balığı necə yaşayır və necə görünür?
 
Şirin suda yaşayan ən böyük balıq hansıdır və o, harada yaşayır?
 
Adətən, birincilik Amazon arapaimasına verilir. Lakin Amur və onun qollarında daha böyük balıq yaşayır. Bu, nərə balığı fəsiləsindən olan kaluqadır.
 
Moderator.az xəbər verir ki, bu barədə "vokruqsveta.ru" nəşri yazıb.
 
Kaluqa az qala 6 metr uzunluğunda, çəkisi bir ton və daha çoxdur.
 
Bu balıq öz ölçülərinə görə ona yaxın olan beluqadan (ağ balıq) geri qalır, lakin beluqa, əsasən, dənizdə yaşayır, çaylara isə yalnız yumurta qoymaq üçün keçir. 
Kaluqanın isə şirin və duzlu suya münasibəti mürəkkəbdir.
 
Kaluqaların bir hissəsi həyatının  çaylarda keçirir. Digərləri Tatar körfəzinin çox şirin sulu şimal hissəsi olan Amur limanına gəzintiyə çıxır. Ayrı-ayrı fərdləri isə Saxalinin, Hokkaydonun və hətta Kamçatkanın çaylarına gedib çıxır.
 
Hətta nərə balıqlara yaxınlığı fonunda kaluqa qorxunc görünür: konusvari burun altında bir neçə iri bığlar asılır, arxasında isə nəhəng cəhəngi (ağzı) açılır. Zahirən aldadıcı deyil-kaluqa yırtıcıdır.
 
Onun ovu krevet (xırda dəniz xərçəngi) və qumlaqçıdan (çəki balıqları fəsiləsindən kiçik çay balığı) sazan balıq və yarım sentner çəkisi olan amur balıqlarınadək suda yaşayanlardır.
 
Kaluqa insanlara hücum etmir, lakin çay yırtıcısının balıq qayıqlarını çevirdiyi hallar məlumdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO