
- A-
- A
- A+
Ekskluziv
20:37 / 17.12.2022
2 dəq oxunma
Ancelina Coli BMT-nin xüsusi elçisi postunu tərk edib, başqa cür işləmək lazım gələcək...
Hazırda oxunan: Ancelina Coli BMT-nin xüsusi elçisi postunu tərk edib, başqa cür işləmək lazım gələcək...
578414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Biz Ancelina Coliyə onilliklər ərzində xidmətinə, fədakarlığına və qaçqınlar üçün etdiklərinə görə minnətdarıq..."
"BMT-də 21 il ərzində aktrisa 60-da çox humanitar missiyada iştirak edib..."
"2022-ci ilin aprelində Coli Ukraynanı ziyarət edib, Lvovda şəhər sakinləri ilə söhbət edib, hava həyəcanının dəhşətini yaşayıb..."
Amerikalı aktrisa Ancelina Coli BMT Ali Komissarının qaçqınların işi üzrə xüsusi elçisi postunu tərk edib.
Moderator.az xəbər verir ki, bu barədə təşkilatın saytı məlumat verib. Məlumatı "İzvestiya" nəşri yayıb.
"Ancelina Coli uzun illər BMT Ali Komissarının qaçqınların işi üzrə vacib tərəfdaşı olub. Biz ona onilliklər ərzində xidmətinə, fədakarlığına, öz evlərini tərk etməyə məcbur olan insanlar üçün etdiklərinə görə minnətdarıq", - bunu qaçqınların işləri üzrə Ali Komissar Filippo Qrandi bəyan edib.
Colinin özü isə deyib ki, özünün humanitar fəaliyyətini davam etdirəcək və qaçqınlar və digər yerini dəyişənlər üçün əlindən gələni edəcək.
"BMT sistemində 20 il işləyəndən sonra mən hiss edirəm ki, başqa cür, qaçqınlarla və yerli təşkilatlarla birbaşa qarşılıqlı əlaqədə işləmək zamanı gəlib", - aktrisa deyib.
Ancelina Coli BMT-nin qaçqınların işi üzrə Ali Komissarı ilə 2001-ci ildən əməkdaşlıq edib.
Əvvəlcə o, xoş məramlı səfir olub, 2012-ci ildə təşkilatın xüsusi elçisi statusunu alıb.
BMT-də 21 il ərzində 60-dan çox humanitar missiyada iştirak edib.
2022-ci ilin aprelində Coli Ukraynanı ziyarət edib.
Lvovda o, şəhər sakinləri ilə söhbət edib, yerli təamlardan dadıb və hava həyəcanının dəhşətini yaşayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































