Əllərdəki qırışları yox etmək üçün MARAQLI ÜSULLAR

Əllərdəki qırışları yox etmək üçün MARAQLI ÜSULLAR

Hazırda oxunan: Əllərdəki qırışları yox etmək üçün MARAQLI ÜSULLAR
52499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xüsusən soyuq havalarda mütəmadi olaraq su ilə təmasda olan əllərin dərisi yaşa bağlı olmadan qırışmağa, qurumağa və çatlamağa başlayır.

Bizim.Media əlin səthində yaranan kobud və qırışmış dərini müalicə edə biləcəyiniz üsulları təqdim edir.

Banan maskası: Banan A, B və E vitaminləri, yod, sink, dəmir, kalium və maqnezium kimi minerallarla zəngindir. Bu vitaminlər və minerallar dərini cavanlaşdırmağa və qırışları aradan qaldırmağa kömək edir. Bananı südlə birlikdə əzin və əllərinizə çəkin.

Maska tam quruyana yaxın su ilə yuyun. Daha yaxşı nəticələr üçün avokado, bal və bananı birləşdirə bilərsiniz.

Ananas: Ananas tərkibindəki C vitamini sayəsində qırışların aradan qaldırılmasında təsirlidir. O, həmçinin dərini nəmləndirir və gücləndirir. Ananası əzin və əllərinizə çəkin. 20 dəqiqədən sonra soyuq su ilə yuyun və nəmləndirici istifadə edin.

Müntəzəm olaraq təkrar etdiyiniz zaman qırışların azaldığını görəcəksiniz.

Zeytun yağı: Zeytun yağı cildi nəmləndirir və qidalandırır. Yatmazdan əvvəl və ya vanna qəbul etməzdən öncə əllərinizi zeytun yağı ilə masaj edin.Yağ dərinin dərinliyinə nüfuz edərək, mövcud qırışları aradan qaldırmağa kömək edəcək və yenilərin yaranmasının qarşısını alacaq.(Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO