Vaksin istehsalçıları bu il 34 milyard dollar qazanacaq - DETALLAR

Vaksin istehsalçıları bu il 34 milyard dollar qazanacaq - DETALLAR

Hazırda oxunan: Vaksin istehsalçıları bu il 34 milyard dollar qazanacaq - DETALLAR
47403
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Pfizer”, “BioNTech” və “Moderna” şirkətləri hər saniyə min dollar qazanır.

Bizim.Media xəbər verir ki, bu rəqəm “People's Vaccine Alliance” adlı QHT-nin son araşdırması zamanı üzə çıxıb.

Alyans hesabatı tərtib edərkən şirkətlərin illik mühasibat hesabatlarına və digər açıq informasiyalara (xüsusən də dövlətlərin sifarişlərinə) istinad edib. Sənəddə göstərilir ki, 3 şirkətin illik xalis mənfəəti vergilər çıxıldıqdan sonra 34 milyard dolları keçəcək. Başqa sözlə, dəqiqəyə 65 min, günə 93 milyon dollar.

İlin 9 ayı ərzində “Pfizer”in dövriyyəsi 57 milyard dolları keçib. Bunun yarısı vaksin satışından əldə edilib. Bundan əlavə, farmakologiya şirkətinin gəlirinin 16%-i onkoloji, 12%-i isə kardioloji xəstəliklərə aid dərmanların istehsalından formalaşıb.

“Moderna” şirkətinin ilk 3 rübdə gəliri 11 milyard dolları keçib. Şirkət cari ildə 18 milyard dollar dövriyyə gözləyir.

Hesabat dövründə “BioNTech”in dövriyyəsi 13.4 milyard, xalis mənfəəti isə 7 milyard dollar təşkil edib. Digər əczaçılıq laboratoriyalarından fərqli olaraq Uğur Şahinin rəhbərlik etdiyi şirkətin demək olar bütün gəlirləri koronavirus əleyhinə vaksindən formalaşır.

Lakin məsələnin başqa tərəfi də var. Bu 3 şirkətin istehsal etdiyi vaksinlər çox bahadır, xüsusi saxlanma şəraiti tələb edir. Onları yalnız inkişaf etmiş ölkələr alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO