COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO

COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO

Hazırda oxunan: COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO
222250
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən xarici media nümayəndələrinin İçərişəhərə mütəmadi səfərləri baş tutub.

Bizim.Media xəbər verir ki, qədim şəhərdə keçirilən mediaturlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd olunan turlar, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan İçərişəhərin zəngin mədəni-tarixi irsi ilə bağlı qonaqları məlumatlandırmaq, mətbuat nümayəndələrinə Azərbaycanın geniş turizm potensialının əhəmiyyətini vurğulamaq, eyni zamanda COP29 çərçivəsində Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək məqsədi daşıyıb.

Mediaturlar Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəlinin təqdim edilməsi ilə başlayıb, bu vasitə ilə ölkəmizdə mətbuatın zəngin və dərin köklərə malik olduğu diqqətə çatdırılıb.

Dünyanın müxtəlif ölkələrindən COP29 tədbirinə gəlmiş jurnalistlər Bakının rəmzi sayılan Qız Qalası, eləcə də, Şirvanşahlar Sarayı, Sıratağlı Dini-Memarlıq Kompleksi, Bakı Xanlarının Saray Kompleksi, Yeraltı hamam kimi İçərişəhərin nadir tarixi memarlıq abidələri ilə yaxından tanış olublar.

Qonaqlara, həmçinin, bərpa işləri, tarixi-memarlıq abidələrinin qorunması və turizm məqsədilə istifadəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
 

Daha sonra mediaturların iştirakçıları "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzinin sərgi salonunda nümayiş olunan miniatür, təzhib, sədəfkəsmə, batika, zərgərlik və digər qədim sənətkarlıq nümunələri ilə tanış olaraq, Azərbaycan milli incəsənətinin incəlikləri barədə məlumat alıblar.


Bu təşəbbüslər, Azərbaycanın mədəni irsinin dünya miqyasında daha geniş tanınmasına, həmçinin ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki səylərinin beynəlxalq aləmə təqdim edilməsinə xidmət edir.

COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 1
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 2
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 3
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 4
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 5
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 6
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 7
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 8
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 9
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 10
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 11
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 12
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 13
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 14
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 15
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 16
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 17
COP29-a gələn xarici jurnalistlər İçərişəhəri ziyarət etdi - FOTO - foto 18

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO