BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri COP29-un təşkilindən razı qaldıqlarını bildirib

BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri COP29-un təşkilindən razı qaldıqlarını bildirib

Hazırda oxunan: BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri COP29-un təşkilindən razı qaldıqlarını bildirib
220313
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT əməkdaşları noyabrın 11-də Bakıda öz işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilindən razıdırlar.

Bizim.Media xəbər verir ki, bunu "Report"a açıqlamasında BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov deyib.

Onun sözlərinə görə, bütün ölkə ictimaiyyəti səfərbər olub ölkənin qüruru kimi qəbul edərək COP29-un təşkilində birbaşa və ya dolayı yolla iştirak etmək istəyir:

"Təşkilatçılar o qədər məsuliyyətlidirlər ki, özlərinə belə tənqidi yanaşırlar. Bütün addımları daha yaxşı ata biləcəklərini qeyd edirlər. Biz iştirakçı kimi bütün məsələlərdən razılıq görmüşük. Tədbirin bizə aid olan hissəsində 200-ə yaxın qonaq var. BMT-nin müxtəlif ofislərindən olan qonaqlarımız da tədbirdən razılıq edirlər. Həm rəsmi, həm də qeyri-rəsmi müzakirələrimiz zamanı həmkarlarımın da təşkilatçılıqdan tam razı olduğunu əminliklə deyə bilərəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO