Bill Qeytsdən yeni peyvənd ANONSU: “İynə olmayacaq”

Bill Qeytsdən yeni peyvənd ANONSU: “İynə olmayacaq”

Hazırda oxunan: Bill Qeytsdən yeni peyvənd ANONSU: “İynə olmayacaq”
174357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Microsoft”un həmtəsisçisi, eləcə də bəşəriyyət üçün “yeni” peyvəndlərin hazırlanmasına vəsaitin əhəmiyyətli bir hissəsini yatıran Bill Qeyts, koronavirus peyvəndlərinin formaca fərqli olacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə amerikalı milyarder Hindistana səfəri zamanı yerli telekanallardan birinə müsahibəsi zamanı məlumat verib.

Qeytsin sözlərinə görə, peyvəndin cəmiyyətdə daha populyar olması üçün onlar iynə əvəzinə yara lenti formasında istehsal ediləcək:

"Biz onları daha uzunmüddətli və əhatə dairəsi baxımından daha geniş etməliyik... Biz iynə yerinə kiçik bir yara lentindən istifadə edəcəyik”.

Qeyts həmçinin vəd edib ki, daimi rəqabət və yeni peyvəndlər hazırlamaq cəhdləri şəraitində bəşəriyyət mütləq vərəm, malyariya və HİV-dən qorunmağa kömək edən peyvəndlər icad edəcək.

O qeyd edib ki, peyvəndin hər kəs üçün əlçatan olması məqsədilə onların qiymətlərinin münasib olmasına xüsusi diqqət yetirir.

Qeyd edək ki, daha əvvəl Davosda keçirilən illik Dünya İqtisadi Forumunda çıxışı zamanı Qeyts bildirib ki, həyat yoldaşı Melinda ilə birlikdə səhiyyədə yeni texnologiyaların inkişafına 8 milyard dollardan çox sərmayə yatırmaq niyyətindədir.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO