“Beyindəki xəstəlik yaxşılaşır, ürəyi haqqında isə bunu deyə bilmərik”- Vaqif Bayatlının həyat yoldaşı

“Beyindəki xəstəlik yaxşılaşır, ürəyi haqqında isə bunu deyə bilmərik”- Vaqif Bayatlının həyat yoldaşı

Hazırda oxunan: “Beyindəki xəstəlik yaxşılaşır, ürəyi haqqında isə bunu deyə bilmərik”- Vaqif Bayatlının həyat yoldaşı

210314

“Vaqif müəllimin səhhətində, beyinində baş verən proseslərdə yavaş-yavaş irəliləmələr müşahidə olunur. Beyindəki problemlər getdikcə sağalmaq üzrədir. Amma təəssüf ki, ürəyi ilə bağlı bunu demək olmaz. Ürəklə bağlı nəsə edə bilmədiyimiz üçün ancaq dərmanlarla saxlayırıq. Ürəyinə görə hər gün 3 cür dərman atır. Onları davam etdirməliyik. Beyini tam sağalandan sonra həkimlər ürək əməliyyatına icazə verəcəklər”

Bunu Moderator.az saytına açıqlamasında tanınmış şair Vaqifxa0 Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

xa0Qeyd edək ki, 2016-cı ilin avqustun 10-da səhhəti qəfil pisləşən Vaqif Bayatlı təcili sürətdə xəstəxanaya aparılıb və orada uğurlu beyin əməliyyatı keçirib. Lakin əsas problem yuvası olan ürək nayihəsində əməliyyat aparılmadı. Artıq ikinci ildir ki, həmin əməliyyat gecikir. Bu barədə Tamam xanım danışır:
“Sonuncu dəfə yoxlamağa gedəndə həkimlər bildiriblər ki, iyun ayında əməliyyata aparaq. O vaxta qədər də dərmanlarla ürəyinin vəziyyətini qoruyub saxlamalıyıq. Əgər o zaman beyindəki problem tam aradan qalxarsa, o zaman ürəkdə də əməliyyatın aparılmasına icazə veriləcək”.xa0
Tamam xanımın sözlərinə görə, bütün bunlara baxmayaraq, yaradıcılıqla da məşğul olub, yenixa0 kitabı üzərində işləyir:xa0
“Demək olar ki, kitab yekunlaşır. Çünki onları kompüterə mən yığıram. Sıralama və bir neçə tecniki məsələlər qalır. Bu il onlar da sona çatacaq və kitabı çap edəcəyik”.

Elmin Nurixa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO