"Bayraktar"ın ixrac edildiyi ölkələrin sayı 24-ə çatdı

Hazırda oxunan: "Bayraktar"ın ixrac edildiyi ölkələrin sayı 24-ə çatdı
91505
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Yerli və milli imkanlar vasitəsilə istehsal olunan "Bayraktar TB2"nin ixrac edildiyi ölkələrin sayı 24-ə yüksəlib".

Bizim.Media "TRTHaber"ə istinadən xəbər verir ki, bunu "Bayraktar TB2" pilotsuz uçuş aparatını istehsal edən "Baykar" şirkətinin Baş direktoru Haluk Bayraktar bildirib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesi hər il 15 faiz inkişaf edir: "Bu, çox böyükl bir hadisədir. Son dörd ildə “Bayraktar TB2” dünyada ən çox ölkəyə ixrac edilən pilotsuz uçuş aparatı olub“.
Baş direktor deyib ki, hazırda ildə 200 ədəd bu adda PUA istehsal edilir: "Gələn il 500 ədəd "Bayraktar TB2", 40 ədəd "Bayraktar Akıncı" istehsal edəcəyik".

H.Bayraktar həmçinin vurğulayıb ki, şirkətdə, ümumilikdə, 2 700 nəfər işləyir: "Onların orta yaşı 29-dur. Bu il daha 800 nəfər "Baykar"a işə qəbul olunub. Eyni zamanda bu il 1 200 nəfər təcrübəçi bizimlə birlikdə işləyib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO