Parisin məhəbbət simvolu “Eyfel” təhlükə qarşısında

Parisin məhəbbət simvolu “Eyfel” təhlükə qarşısında

Hazırda oxunan: Parisin məhəbbət simvolu “Eyfel” təhlükə qarşısında
82443
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Deyəsən, tezliklə Parisin əsas görməli yerlərindən biri bağlanacaq. Ən azı indi hökumət səviyyəsində “Eyfel” qülləsinin əsaslı təmiri məsələsi aktiv şəkildə müzakirə olunur.

Yerli jurnalistlər onun uzun müddət yenilənməsinə ehtiyac olduğunu yazır. Amma Fransa paytaxtının meriyası turistlərin ona gətirdiyi böyük gəlirdən əl çəkmək istəmir.

Bizim.Media xəbər verir ki, Eyfel qülləsi Disneyland, Luvr və Versal Sarayından sonra Fransada ən çox ziyarət edilən 5 mədəniyyət obyektindən biridir. 2021-cü ildə Parisdə keçiriləcək “Olimpiya Oyunları” üçün sözügedən obyektin üzəri rənglənəcək.

Belə olan təqdirdə Parisin məhəbbət simvolu bir müddət turistlərin üzünə bağlı qalacaq. Bu, səlahiyyətlilərə 60 milyon avroya başa gələcək. Bununla belə, qülləyə xidmət edən mühəndislər həyacan siqnalı çalırlar. Çünki “Eyfel” paslanıb və tezliklə dağılmağa başlayacaq.
Yalnız bir çıxış yolu var - onu əsaslı təmir üçün bağlamaq, yəni sökmək, təmizləmək, rəngləmək və yenidən yığmaq. Bu prosesin nə qədər davam edəcəyi bəlli deyil. Bu isə əsas beynəlxalq idman tədbiri ərəfəsində xüsusilə sərfəli deyil.

Rəşad Əliyev, Bizim.Media

Parisin məhəbbət simvolu “Eyfel” təhlükə qarşısında - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO