Türkiyədə qətlə yetirilən azərbaycanlı aktyorla bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

Türkiyədə qətlə yetirilən azərbaycanlı aktyorla bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

Hazırda oxunan: Türkiyədə qətlə yetirilən azərbaycanlı aktyorla bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

75864

Xəbər verdiyimiz kimi Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə ötən gün İstanbulda baş verən silahlı insident zamanı başından aldığı güllə yarası nəticəsində həyatını itirib. 

Bizim.Media-nın əməkdaşı hadisə ilə bağlı Mədəniyyət Nazirliyə ilə əlaqə saxlayıb.  

Qurumun rəsmisi Türkan Cəfərova aktyorun fəaliyyəti ilə bağlı heç bir məlumatın onlarda olmadığını söyləyib:

“Biz Kamran Dadaşzadə ilə bağlı araşdırma apardıq. Kino portalına nəzər saldıq. Həmin portalda hər hansısa bir aktyor bədii film və serialda çəkilirsə, onun adı həmin portalda qeyd olunur. Lakin Kamran Dadaşzadənin adı həmin portalda çıxmadı. Bu səbəbdən əlavə məlumat əldə edə bilmədik. Türkiyədə film və seriala çəkilə bilər. Lakin Azərbaycanda çəkilmədiyinə görə, onun haqda heç bir informasiya yoxdur. Təəssüflər olsun ki, Kamran Dadaşzadənin ailəsi ilə belə əlaqə saxlamaq üçün nömrəsi yoxdur”.  

*** 09.40

Ötən gün İstanbulun Fatih bölgəsində iki qrup arasında silahlı insident baş verib.  

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 1-i polis olmaqla, 7 nəfər yaralanıb.

Yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub.

Baş nahiyəsindən güllə yarası alan K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media-nın əməkdaşı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun rəsmisi Türkan Cəfərova hadisə ilə bağlı araşdırma aparıldığını, sonra əlavə məlumatın veriləcəyini deyib.

Qeyd edək ki, K.Dadaşzadə məşhur “Savaşçı” serialında rol alıb.  

K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb. O, sonra “Savaşçı” serialında da rol alıb. Aktyor bu serialda polkovnik Cevher Hacıbəyov obrazına həyat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO