Azərbaycanlı tələbə ABŞ universitetindən 90 min dollar təqaüd qazandı - FOTO

Azərbaycanlı tələbə ABŞ universitetindən 90 min dollar təqaüd qazandı - FOTO

Hazırda oxunan: Azərbaycanlı tələbə ABŞ universitetindən 90 min dollar təqaüd qazandı - FOTO

69572

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-ın 4 universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.

BANM-dən Bizim.Media-ya verilən məlumata görə, o, müraciət etdiyi Tuleyn Universiteti (Tulane University), Stevens Texnologiya İnstitutu (Stevens Institute of Technology), Roçester Universiteti (University of Rochester) və Konnektikut Universitetinin (University of Connecticut) hər birindən müsbət cavab alıb.

Bu universitetlər Rəşad Əhmədovun tam təqaüdlə Kimya mühəndisliyi ixtisasının doktorantura pilləsində təhsil almaq müraciətini qəbul ediblər. 

BANM-in tələbəsi imkanları qiymətləndirərək ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib. Onun bu Universitetdən qazandığı təqaüdün məbləği 90 min ABŞ dolları təşkil edir. 
Qeyd edək ki, Rəşad Əhmədov 2017-ci ildə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 677 balla daxil olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO