Hindistanlı milyarder 1,8 milyon dollarlıq broşu ilə diqqət çəkdi - FOTO/VİDEO

Hindistanlı milyarder 1,8 milyon dollarlıq broşu ilə diqqət çəkdi - FOTO/VİDEO

Hazırda oxunan: Hindistanlı milyarder 1,8 milyon dollarlıq broşu ilə diqqət çəkdi - FOTO/VİDEO
646460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hindistanın ən varlı adamının həyat yoldaşı, 63 yaşlı Nita Ambani, kitablar, ünsiyyət və qastronomiya mövzularına həsr olunmuş "Kitabxana"nın açılışında yenidəm diqqət mərkəzinə düşüb. Tədbir üçün o, məşhur zərgərlik sənətçisi Uolles Çanın dizayn etdiyi "Uçan Ruh" broşunu seçib.

Bizim.Media "The Indian Express" qəzetinə istinadən xəbər verir ki,  Çan bu incə əşyanı hazırlamaq üçün 10 ilini sərf edib.
 

Broş 17,67 karatlıq tsavorit qranatı, sarı və bəzəkli rəngli brilyant, yaqut, çəhrayı sapfir və titanla bəzədilib. Onun hazırkı bazar dəyəri 1,5 milyon ilə 1,8 milyon dollar arasında qiymətləndirilir.


Uolles Çanın rəsmi veb saytına görə, zinyət əşyası xəyalları təcəssüm etdirir, zamanın daşıyıcısı və ölçülərin sonsuzluğunun simvoludur. 

Nita Ambani broşunu taxaraq, onu incə krujeva detalları olan zərif bej rəngli şalvar-kostyumuna sancmışdı. Saçlarını boş qoymuş, yumşaq dalğalarla tərtib etmiş və şəxsi kolleksiyasından olan brilyant zərgərlik əşyaları ilə görünüşünü daha da gözəlləşdirmişdi. 



Hindistanlı milyarder 1,8 milyon dollarlıq broşu ilə diqqət çəkdi - FOTO/VİDEO - foto 1


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO