Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra Rusiyanın Ukraynaya qarşı müharibəsinin "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, o, Rusiyanın cəbhədə döyüşləri uzatdığını və cəbhə xəttindən uzaqda yerləşən mülki əhalini hədəf aldığını bildirib.
Fon der Lyayen "X" sosial şəbəkəsində Zelenskinin qlobal ərzaq tədarükünü və energetika infrastrukturunu qoruyacaq atəşkəs çağırışını tam dəstəklədiyini və Ukrayna xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Ukrayna məsələsinin bu həftə keçiriləcək Avropa Şurasının iclasında ana mövzu olacağı bildirilib. Aİ bu həftə Ukraynaya dron və raket satınalmaları üçün əlavə maliyyə vəsaiti ayırmağı planlaşdırır.
Avropa Komissiyasının rəhbəri, eyni zamanda, Ukraynanın Avropa İttifaqına üzvlük danışıqları çərçivəsində daha iki danışıqlar klasterinin açılacağını elan edib.
Bizim.Media
































































































