Ukrayna Prezidenti Volodimir Zelenski Axios nəşrinə açıqlamasında ABŞ Prezidenti Donald Trampın energetika obyektlərinə zərbələrin dayandırılması barədə bildirişinin onun üçün yenilik olduğunu bəyan edib. Bununla belə, Ukrayna lideri Rusiya razılaşacağı təqdirdə Kiyevin də bu addımı atacağını bildirib.
Bizim.Media xəbər verir ki, Ukrayna dövlət başçısı vurğulayıb ki, əgər Tramp bu barədə Putinlə razılığa gəlibsə, atəşkəsin nə vaxt başlayacağı Ukrayna tərəfinə bildirilməlidir.
Zelenski Rusiya tərəfi energetika infrastrukturuna zərbələri dayandıracağı təqdirdə Ukraynanın da analoji addım atmağa və energetika barışığını qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb.

Bizim.Media




























































































